Cerrard peşmandır
“Liverpul”un sabiq futbolçusu, hazırda “Reyncers”i çalışdıran Stiven Cerrard açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın əfsanəsi hesab olunan sabiq futbolçu, vaxtı ilə “Liverpul”un təklifini qəbul etmədiyi üçün peşmanlıq hiss etdiyini bildirib:
“Klubun son olaraq təklif etdiyi bir illik müqaviləni imzalasaydım, Yurgen Kloppun rəhbərliyi altında oynamaq şansım olardı. Peşmanlıq hiss edirəm. Klubun mənə qazandırdıqlarını unutmayacam. Bunlar hər zaman dəyər verəcəyim anlardır. “Liverpul”da xəyal belə edə bilməyəcəyim anlar yaşadım”.
Cerrard 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin