“Peşman deyiləm, kin saxlamıram” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo 2021-ci ilin aprelində “Tottenhem”dən qovulması haqda danışıb.
Komanda.az xəbər verir ki, portuqalİyalı mütəxəssis London klubundan göndərilməsini “qəribə hadisə” adlandırıb. O, belə münasibətə layiq olmadığını bildirib:
“İndi karyeramda və həyatımda pis hisslər keçirmədiyim bir mərhələdəyəm. Hər şeyi olduğu kimi qəbul edirəm. Bəli, pis təsir etdi. Mətbuat konfranslarında bəzi ingilis jurnalistlərlə danışanda gülməli reaksiya verirəm. Konfrans Liqasının finalına çıxmaqla bağlı həmişə zarafat edirəm.
Ümid edirəm ki, bu dəfə qovulmayacam, çünki belə hadisə hər məşqçinin başına gəlmir. Bu dəfə xüsusi olduğumu deyə bilmərəm, çünki bu hadisə mənim başıma gəldi. Peşman deyiləm, kin saxlamıram.
“Tottenhem”də çoxlu yaxşı insanlar var, onlara uğurlar arzulayıram. Düşünürəm ki, karyerası və tarixi olan bir insan üçün belə münasibət qəribə idi. Digər tərəfdən, bu, mənim üçün “Roma”nın qapısını açdı. Romada olduğum üçün çox xoşbəxtəm”.
Bizi Facebook-da izləyin