
Peşəkar Futbol Liqası “İrəvan”ı 1-ci Liqadan kənarlaşdırdı
“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm 1-ci Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.
Komanda.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər liqası və 1-ci Liqa yarışlarının 2023/2024-cü illər mövsümünün Əsasnaməsini rəhbər tutaraq “İrəvan”ı 1-ci Liqadan kənarlaşdırılıb.
Nəticədə cari mövsüm 1-ci Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə 1-ci Liqada çıxış etmək üçün 2-ci Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin