
“Peşəkar futbolçu olmaq asan məsələ deyil”
“Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnold futbolçu olmaq barədə danışıb.
Komanda.az “Reddit”-ə xəbər verir ki, ingiltərəli oyunçu peşəkar futbolçu olmağın asan məsələ olmadığını bildirib:
“Peşəkar futbolçu olmaq asan məsələ deyil. Ondansa, lotereyada qalib gəlmək şansınız daha yüksəkdir”.
26 yaşlı müdafiəçinin qarışıq durumda olduğunu söyləməyə dəyər. Çünki onun “Liverpul”la hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatacaq.
Aleksander-Arnoldun adı uzun müddətdir ki, “Real”la yanaşı hallanır. O, cari mövsümdə 17 oyun keçirib, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin