Perişiçin maaşı 1 avro olacaq
“Tottenhem”in keçmiş futbolçusu İvan Perişiçin “Hayduk”dakı maaşı məlum olub.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi icarə əsasında “Tottenhem”dən Xorvatiya klubuna keçib.
Bildirilir ki, Perişiçin maaşı ayda 1 avro olacaq. Maraqlıdır ki, “Hayduk”un digər məşhur futbolçusu Nikola Kaliniç də eyni məbləği alır.
İvan Perişiç sağ dizinin ön çarpaz bağından zədələndiyi üçün bu mövsüm oynamayacaq. Yayda yarımmüdafiəçi azad agent kimi “Tottenhem”dən ayrılacaq və “Hayduk”la 1 illik müqavilə imzalayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin