Perişiçə həmyerlisindən dəstək
“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç həmyerlisi İvan Perişiçin komandada qalmasını istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Perişiçin illik 4 milyon avro maaşla “İnter”lə müqaviləsini 2024-cü ilə qədər uzatması üçün tərəflər arasında danışıqlar aparılır. Xorvat futbolçu özü də Milan klubunda qalmaq istəyir. Onun həmyerlisi Brozoviç də bunda israrlıdır.
Perişiç 2015-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A Seriyasında 32 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu yay başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin