“Peres futbol haqqında düşüncələrimizdə rəqibimizdir” – La Liqanın rəhbəri

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın rəhbəri Florentino Pereslə peşəkar futbol anlayışları arasında olan fərqləri açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas, onların baxışlarının tamamilə əks istiqamətə yönəldiyini bildirib:

“Florentino Peres bizim futbol haqqında düşüncələrimizdə rəqibimizdir. Baxışlarımız tamamilə fərqlidir. O, elit və oliqarx futbola inanır. Tez-tez deyir ki, “Real” hər şeyi yaradır, “Barselona” isə bir az daha çoxunu, digərləri isə görünür, artıq qalanları yığır”. Burada mən razı deyiləm.

Peresi “Real”ın böyük bir meneceri kimi də qiymətləndirmək olar. Onu “Real”ı güclü və təşəbbüskar bir klub halına gətirdiyi üçün böyük bir menecer olaraq qəbul edirəm. Amma klubları idarə etmək bir şeydir, yarışları və sənayeni idarə etmək isə tam başqa bir şey. Bu fərqlər bir araya sığmır. Bəli, bu, bir-birinə zidd olan şeylərdir, çünki biz danışdığımız mövqelər iki tamamilə fərqli futbol modelləridir. Mən sizin evinizə gəlib üç otaq tələb etsəydim və orada qalmağa qərar versəydim, siz nə deyərdiz? Niyə razılaşmayaq? Bu, uyğun olmayan iki şeydir, tamamilə fərqli modellərdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button