Peresin “Real”dan ayrılacağı vaxt müəyyənləşib
“Real”ın prezidenti Florentino Peresin istefa verəcəyi vaxt bəlli olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı funksioner 2025-ci ildə “kral klubu”ndan ayrılacaq.
Klub prezidenti “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması başa çatdıqdan sonra paytaxt təmsilçisini tərk edəcək.
Florentino Peres ilk dəfə 2000-ci ildə “Real”a rəhbərlik edib. 2006-cı ilin fevralında vəzifəsindən ayrılan funksioner 2009-cu ildə yenidən kluba qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin