“Real”ın hədəfindəki 16 yaşlı futbolçu

“Real”ın prezidenti Florentino Peres komandaya daha bir yeni futbolçu seçib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, klub prezidenti bu dəfə “River Pleyt”də (Argentina) oynayan argentinalı yarımmüdafiəçi Franko Mastantuononu hədəf alıb.

16 yaşlı futbolçunun potensial transferi 45 milyon avro dəyərində qiymətləndirilir. “Kral klubu” yay transfer pəncərəsində Mastantuononu ala bilər.

Argentinalı futbolçu ötən mövsüm “River Pleyt”də 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button