“Real”ın prezidenti qərar verib

Yanvarın 12-də İspaniya superkubokunun “Real” və “Barselona” arasında final matçı (2:5) baş tutub və bu, müəyyən nəticələrə gətirib çıxarıb.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, əzəli rəqibə məğlubiyyətdən sonra Madrid klubunun prezidenti Florentino Peres komandanın sağ cinah müdafiəçisi Lukas Vaskesin çıxışından çox məyus olub. Klub prezidenti bu matçdan sonra futbolçu ilə müqaviləni yeniləməyəcəyinə və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun transferi üçün əlindən gələni edəcəyinə qərar verib.

Vaskes bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button