“Real” estoniyalı futbolçu üçün hərəkətə keçib
“Valyadolid”in qapıçısı Karl Heyn “Real”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres 22 yaşlı futbolçunun potensial transferini müzakirə etmək üçün “Valyadolid” rəhbərliyi ilə əlaqə saxlayıb.
Heyn “Valyadolid”də icarə əsasında çıxış edir. Onun tam müqaviləsi “Arsenal”a məxsusdur. Tərəflər arasında icarə müqaviləsi gələn ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun transfer dəyəri 2 milyon avro qiymətləndirilir.
Estoniyalı qolkiper La Liqanın cari mövsümündə 2 oyun keçirib, 3 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin