Peres Modriçlə nə danışıb?
“Real”ın prezidenti Florentino Peres və xorvatiyalı yarımmüdafiəçi Luka Modriç arasında danışıq baş tutub.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, söhbət əsnasında klub prezidenti onunla hazırkı müqavilənin bir illik uzadılması barədə danışıb.
37 yaşlı futbolçu peşəkar karyerasını “kral klubu”nda başa vurmağı düşünür. La Liqa təmsilçisinin cari mövsümün sonunda ona sözləşmənin uzadılması ilə bağlı təklifin ediləcəyi gözlənilir.
Modriç üçün ən önəmli məqam ailəsinin Madrid şəhərində rahat olmasıdır.
Xorvatiya millisinin üzvü cari mövsüm “Real”ın heyətində bütün turnirlər daxil olmaqla, 42 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin