
“Nə vaxtsa finalı uduzmalı idik, elə deyilmi?”
“Real” İspaniya superkubokunun finalında “Barselona”ya uduzub (2:5).
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, məğlub olan komandanın futbolçularına medalların təqdim edilməsi zamanı klubun prezidenti Florentino Peres yarımmüdafiəçi Luka Modriçə müraciət edib:
“Nə vaxtsa finalı uduzmalı idik, elə deyilmi?”
Hesabı 5-ci dəqiqədə Kilian Mbappe açıb. Bundan sonra Lamin Yamal, Robert Levandovski, Rafinya Dias (iki dəfə) və Alexandro Balde fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin