
“Real” Mbappe ilə anlaşmağa yaxındır
“Real”ın prezidenti Florentino Peres klubun məşqçilər korpusuna PSJ-nin hücumçusu Kilian Mbappe ilə anlaşmağa yaxın olduqlarını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pereslə məşqçilər korpusunun söhbətini Madrid klubunun futbolçularından biri eşidib.
Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Bu mövsüm o, bütün turnirlərdə 27 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin