Peresin Kroos arzusu
“Real”ın prezidenti Florentino Peres yarımmüdafiəçi Toni Kroosun klubla müqaviləsini uzadacağına ümid etdiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti alman futbolçunun komandada qalmasını istəyir. Lakin Kroos gələcəyi ilə bağlı təkcə idman maraqlarına deyil, həm də şəxsi həyatına görə qərar verəcək.
32 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Kroos 2014-cü ildən “Real”da çıxış edir. Bu mövsüm o, Madrid klubunun heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin