“Peres heç vaxt məni satmaq barədə düşünməyib” – Kroos
“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubun prezidenti Florentino Peres haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, “Real”a gəlişini böyük addım adlandırıb:
“2014-cü ildə “Real”a gəlmək verə biləcəyim ən yaxşı qərar idi. Bu, mənim karyeramda və şəxsi həyatımda böyük bir addım idi. 24 yaşım var idi, oğlum var idi, dil bilmirdim… Dünyanın ən böyük klubuna düşdüm və demək olar ki, dərhal özümü göstərməli oldum.
Peres? Mən ona çox yaxınam, yaxşı ürəyi var. İlk gündən mənə elə bir hiss yaşatdı, bildim ki, kluba gəldiyim üçün xoşbəxtdir. Artıq səkkiz ildir ki, buradayam və bilirəm ki, Florentino heç vaxt məni satmaq barədə düşünməyib. Mən cəmi 25 milyon avroya gəldim. O, hazırda məni böyük məbləğə sata bilər. Klubla əla münasibətim var. Həqiqətən də, bu kluba aşiq oldum, buna görə də, hələ ki, getməyə hazırlaşmıram”.
Kroos 2014-cü ildən “Real”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin