Pepe Super Liqa klubunda

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan Pepe Rodriqesi heyətinə qatıb.

Bu barədə Ankara klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Pepe Rodriqes “Benfika”nın yetirməsidir. O, 2020-ci ildə “Olimpiakos”a keçsə də, burada cəmi 13 matça çıxıb. 25 yaşlı futbolçu ötən mövsümü də icarə əsasında “Famalikan”da keçirib. Yarımmüdafiəçi bu komandanın heyətində 37 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Pepe vətənində “Eştoril” və “Vitoriya”nın (Gimaraynş) da formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etsə də, əsas millidə oynamayıb.

Pepeni “Ankaragücü” klubuna icarəyə verən “Olimpiakos” isə Marsel “Olimpik”indən (Fransa) Konrad de la Fuenteni heyətinə cəlb edib. ABŞ-dan olan 21 yaşlı vinger 2022/23 mövsümünün sonuna kimi Yunanıstan klubunun uğurları üçün çalışacaq.

“Barselona”nın yetirməsi olan Konrad de la Fuente, 2021-ci ilin iyunundan “Olimpik”də çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 23 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçi ABŞ millisində də 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button