Pepe ÇL tarixində bunu bacaran 3 futbolçudan biridir

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın “İnter” komandası ilə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, o, ÇL-in pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçuya çevrilib – 39 yaş 361 gün.

Bu baxımdan Pepeni yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/14 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/06).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button