MS azarkeşlərinə bəd xəbər: O, azı 1 ay olmayacaq

“Mançester Siti”nin zədəli futbolçusu Serxio Aquero daha bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun vəziyyəti ilə bağlı “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola məlumat verib. İspaniyalı mütəxəssis Aqueronun daha iki ay oynaya bilməyəcəyini açıqlayıb:

“Onun zədəsinin ağır olduğunu bilirdik. O, uzun müddətdir oynamır və hələ də komandayla məşq etməyib. Serxio fiziki formasını tez bərpa edən futbolçu deyil. Bu səbəblə, onun 1-2 ay içərisində hazır olacağını düşünürəm”.

Aquero iyun ayında zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button