“Pepdən çox şey öyrənmişəm, ona minnətdaram!” – Gündoğan
“Barselona”nın futbolçusu İlkay Gündoğan “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola barədə danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı baş məşqçini ən uğurlu və savadlı məşqçi adlandırıb:
“Karyeramın ən yaxşı dövrlərini Qvardiolanın rəhbərliyi altında keçirmişəm. Onu heç vaxt unuda bilmərəm. Karyeram ərzində gördüyüm ən uğurlu məşqçidir. Taktiki cəhətdən çox savadlı biridir. Pepdən çox şey öyrənmişəm, ona minnətdaram!”
32 yaşlı futbolçu 2016-2023-cü illərdə “şəhərlilər”in heyətində çıxış edib. O, “Mançester Siti”də 304 oyuna çıxıb, 60 qol vurub və 40 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin