Azərbaycan klublarının penalti lənəti – Ponomaryovdan “qızıl” məsləhət

Azərbaycan klublarının avrokuboklarda sanki penalti seriyası lənəti var. İndiyədək klublarımız 10 dəfə avrokuboklarda penaltilər seriyasında iştirak edib ki, bunların heç birində uğurlu ola bilməyiblər. Ən son “Zirə” bir neçə gün əvvəl UEFA Avropa Liqasında Bakıda “Şerif”ə (Moldova) penaltilər seriyasında uduzaraq, turnirlə vidalaşdı.

Azərbaycan komandalarının “penalti lənəti” ilə bağlı “Sabah” klubunun idman direktoru İqor Ponomaryovun fikirlərini öyrəndik. Ponomaryov sovet dönəmində “Neftçi”də ən yaxşı penalti ustalarından sayılıb.

Keçmiş futbolçu Komanda.az-a müsahibəsində bildirib ki, penaltini dəqiq yerinə yetirməyə mane olan ilk amil həyəcandır:

  • SSRİ dövründə penalti zərbələrini ən sərrast yerinə yetirən futbolçulardan biri olmusuz. Statistikaya nəzər salsaq, Azərbaycan klublarının avrokuboklarda keçirdiyi matçlardan 10-u penaltilər seriyasına qədər uzanıb və komandalarımız bu 10 seriyanın heç birində sevinən tərəf olmayıb.
  • Penaltini yerinə yetirməməyə ilk növbədə həmin anda yaşanan həyəcan mane olur. Bəzi oyunçuları penaltini vurmamışdan öncə “birdən penaltini reallaşdıra bilmərəm” qorxusu, “hamının diqqəti mənim üzərimdədir” düşüncəsi bürüyür. Bu an futbolçuların gözündə top böyük, qapı balaca görünür. Onlara elə gəlir ki, sanki qapıçı bütün qapını qapayıb. Uzun sözün qısası, penaltini yerinə yetirməyə əsas mane olan səbəblər psixoloji stress və qorxudur.
  • Sizcə, bizim futbolçular 11 metrlik zərbələri uğurlu bitirmək üçün nə etməlidirlər?
  • İlk növbədə soyuqqanlı olmaq, topa yaxınlaşarkən özünə inanmaq və əlbəttə, məşqlərdə mütəmadi olaraq bunun üzərində çalışmaq lazımdır.
  • Penaltini dəqiq yerinə yetirmək üçün xüsusi istedada sahib olmaq lazımdır?
  • Əlbəttə. Penaltini dəqiq yerinə yetirmək üzrə xüsusi istedada, hissiyata sahib olan oyunçular da var.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button