“Penalti olmasaydı, geridönüş edə bilərdik” – Mahmud Qurbanov

“Səbail”in baş məşçqisi Mahmud Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu (1:3) şərh edib.

Komanda.az xəbər verir ki, o, oyunun birinci hissəsində yaxşı oynamadıqlarını deyib:

“Bu il ilk dəfə beş müdafiəçi ilə oyuna çıxdıq. Əks-hücumlara inanırdıq. İlk hissə yaxşı alınmadı. İkinci hissədə 4-lü müdafiəyə qayıtdıq. Daha yaxşı mübarizə apardıq və bir qol vurduq. Hesabı bərabərləşdirmək üçün şanslarımız çox oldu”.

Mahmud Qurbanov “Neftçi”nin istifadə etdiyi ikinci penalti zərbəsi haqda fikir bildirib:

“Oyunun dönüş nöqtəsi ikinci penalti idi. “Neftçi” çempionluğa oynayır. Biz onlardan fərqli olaraq, çempionluğa oynamırıq. Penalti olmasaydı, geridönüş edə bilərdik. Amma bu, bəhanə kimi hesab edilməsin”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button