Penalti nöqtəsinə yaxınlaşanda heç kimi dinləmir
“İnter”in italiyalı hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 final mərhələsinin “Benfika” ilə ilk oyununda (2:0) qazandıqları qələbəni şərh edib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, belçikalı futbolçu əldə olunan nəticənin əla olduğunu deyib:
“11 metrlik nöqtə qarşısında heç kimi dinləmirəm, hətta komanda yoldaşlarımı belə.
Ağıllı oynadıq, daha çox qol vurmaq şanslarımız oldu. Amma belə güclü komandaya qarşı 2:0 da əla nəticədir”.
Lukaku 82-ci dəqiqədə penaltini qola çevirib və komandasnın ikinci qolunu vurub.
“İnter”lə “Benfika” arasında cavab oyunu aprelin 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin