
“Penalti də oyunun tərkib hissəsidir” – Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalında “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
“Birinci oyun da göstərmişdi ki, ağır matç olacaq. Hər iki komanda yaxşı mübarizə apardı. Məşqlərdə də futbolçuları buna hazırlamışdıq. Komanda olaraq meydanda yaxşı işlər gördük. Layiqli qələbə qazandığımızı düşünürəm. Futbolçularımı təbrik edirəm. Heyətimizdə çoxsaylı zədəli futbolcular olsa da, yolumuza davam edirik. Artıq bu görüşü unutmalı, çempionat matçlarında köklənməliyik. Cütün taleyini penaltilərin həll etməsini sırf təsadüf hesab edirəm. Penalti də oyunun tərkib hissəsidir. “Zirə”nin də real qol epizodları oldu”.
Mütəxəssis zədəli oyunçularının durumundan danışıb: “Zədəli futbolçularımızla bağlı vəziyyət müxtəlifdir. Kimisi komanda ilə məşqlərə başlayıb, kimisi hələ müalicə prosesi keçir”.
Bizi Facebook-da izləyin