“Penalti dəqiq olmasaydı, Emini cəzalandıracaqdım”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Klubların sayına və hesaba baxanda deyə bilərəm ki, yaxşı oyun oldu. Biz daha da yaxşı ola bilərik. Çoxlu epizodlar var ki, orada daha sürətli olmalıyıq. Müdafiədə isə bəzi epizodlarda ağıllı olmalıyıq. Oyundan-oyuna çox çalışırıq. Ümid edirəm ki, bütün futbolçularım fiziki məsələlərdə daha yaxşı olacaqlar. Komandada zamanla keyfiyyət artacaq və futbolçularım daha da yaxşı olacaqlar.
Mən birinci penalti epizodunu şərh etmək istəmirəm. Komanda daxilində bəzi qaydalar var. Emin Mahmudov qərar verdi ki, penaltini Kenni Sayef vursun. Penalti dəqiq olmasaydı, Emini cəzalandıracaqdım.
“Qarabağ” ardıcıl oyunlara çıxmağa alışıb. Bu yöndə təcrübəyə malikdirlər. Əminliklə deyə bilərəm ki, çox yaxşı oynayacaqlar. Azərbaycan adına istəyərəm ki, onlar Avropa Konfrans Liqasında növbəti mərhələyə çıxsınlar. Onlarla oyun bizim üçün çox çətin olacaq. Eynilə bizim üçün də. Qələbə qazanmaq istəyiriksə, aqressiv və sürətli olmalıyıq. Müdafiədə səhvlər etməməliyik. Komandam yaxşı oyunçulardan təşkil olunub. Bu cür oyunları sevirəm. Ümid edirəm ki, “Qarabağ”a qarşı yaxşı oynayıb qələbə qazanacağıq.
Oyunçularım artıq bir-birini tanımağa başlayıblar. Meydanda nə etməli olduqlarını bilirlər. Bu günə qədər bu cür hallarla rastlaşmamışıq. Rəqiblər bizi görməli, analiz etməlidirlər. Əlimizdən gələni edəcəyik ki, rəqiblərin müdafiəsini yaraq”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin