Pelleqrini 385 min avro cərimə olundu
“Betis” klubunun baş məşqçisi Manuel Pelleqrini qəsdən vergidən yayındığına görə 385 min avro cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
69 yaşlı Pelleqrini 2020-ci ilin avqustundan “Betis” komandasını çalışdırır. Bu mövsüm onun rəhbərliyi altında 6 oyunda 15 xal toplayan komanda, La Liqada yalnız “Barselona” (16) və “Real”dan (18) geri qalaraq, üçüncü yeri tutur. İspaniya çempionatının növbəti turunda “Betis” səfərdə “Selta” ilə qarşılaşacaq.
Bundan əvvəl Pelleqrini “Vest Hem”, “Mançester Siti”, “Malaqa”, “Real” kimi komandaların baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin