Peleyə görə loqolarını dəyişirlər

Braziliyanın “Santos” klubu yaxın vaxtlarda loqosunu dəyişdirəcək.

Komanda.az klubun rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, loqoya keçmiş futbolçu Pelenin şərəfinə tac əlavə ediləcək.

Noyabrın 29-da tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək məqsədilə xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunur. Bu səbəbdən, böyrək və ürək disfunksiyasına görə daha intensiv müalicə tələb olunur.

82 yaşlı üçqat dünya çempionu dekabrın əvvəlində yenidən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son günlər daha da pisləşib.

“Sambaçı” 1958, 1962 və 1970-ci illərdə dünya çempionu tituluna yiyələnib. Braziliyalı keçmiş hücumçu FİFA-nın versiyasına əsasən, 20-ci əsrin ən yaxşı futbolçusu hesab edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button