Pelenin oğlu: “Çətin ki, atam belə bir Braziliya millisini bəyənərdi”
Mərhum braziliyalı futbolçu Pelenin oğlu Edinyo Braziliya millisinin hazırkı səviyyəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Bu, artıq uzanan böhrandır, şübhəsiz ki, komanda tənəzzüldədir. Çətin ki, atam belə bir Braziliya millisini bəyənərdi”.
Bundan əvvəl FİFA-nın Braziliya milli komandalarının və klublarının beynəlxalq yarışlarda iştirakını dayandıra biləcəyi ilə bağlı məlumatlar yayılıb.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Braziliya yığması Xorvatiya millisinə penaltilər seriyasında məğlub olaraq 1/4 finala yüksələ bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin