Pele “sevinirəm” dedi – Mbappeyə görə
“Mbappe mənim növbəti rekordumu qırdığı üçün sevinirəm”.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu keçmiş futbolçu Pele Kilian Mbappe barədə sosial şəbəkə hesabında yazıb.
Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura DÇ-2022-də nail olub. Rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi.
Pele noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Keçmiş futbolçu ona dəstək olduğu üçün fransalı hücumçuya təşəkkür edib.
Fransa yığması DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə, Braziliya millisi isə Xorvatiya ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin