
Pele yenidən xəstəxanaya yerləşdirildi
Braziliya millisinin sabiq futbolçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Komanda.az xəbər verir ki, hazırda San-Pauludakı özəl klinikada müalicə alan əfsanəvi hücumçunun durumu sabitdir.
Onun yaxın günlərdə evə buraxılacağı bildirilib.
Xatırladaq ki, Pele avqustun 30-da da xəstəxanaya yerləşdirilmişdi. 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilmiş və bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin