Pele yenə xəstəxanalıq oldu

Braziliyalı keçmiş futbolçu Pele bağırsaqlarındakı şişin müalicəsi üçün yenidən xəstəxanaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş dünya çempionu özü “instaqram” hesabında paylaşım edib.

82 yaşlı Pele müalicəsini davam etdirmək üçün xəstəxanaya yollandığını deyib:

“Superboula baxmaq üçün artıq böyük televizor və popkorn sifariş etmişəm. Dostum Tom Bredi oynamasa da, matça baxacam. Bütün dəstək və sevgi mesajlarına görə təşəkkür edirəm”.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button