Pele xəstəxanadan çıxdı
Futbol üzrə üçqat dünya çempionu, braziliyalı sabiq futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.
Komanda.az “LEquipe” nəşrinə istinadən xəbər verir ki, həkimlər 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin sabit olduğunu bildiriblər.
Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.
2021-ci ilin sentyabrında Pele əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə almaq üçün xəstəxanaya yerləşdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin