Pele Putinə müraciət etdi

Braziliyalı keçmış futbolçu Pele Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, Pele, Putindən müharibəni dayandırmağı xahiş edib:

“Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”.

Pele bildirib ki, müharibə şərdir və xalqlara ağrı, qorxu və dəhşətdən başqa heç nə gətirmir.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button