Pele ilə vida mərasimi stadionda keçiriləcək
Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi San-Pauluda yerləşən “Santos” futbol klubunun stadionunda keçiriləcək.
Komanda.az “Je-1”-ə istinadən xəbər verir ki, dekabrın 23-dən həkimlər Pelenin səhhətinin getdikcə pisləşməsinə dair məlumat verdikdən sonra anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilib. Keçmiş futbolçu ilə vidalaşma gün yarım davam edə bilər.
1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Bizi Facebook-da izləyin