Pele əməliyyat olundu

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Keçmiş futbolçu qeyd edib ki, əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub:

“Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi”.

Pele gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

Pele bir neçə gün əvvəl müayinə olunması üçün San-Pauludakı özəl klinikaya yerləşdirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button