Pekin-2022: Xokkeydə yeni çempion

Pekin-2022 Qış Olimpiya Oyunlarında xokkey yarışı başa çatıb.

Komanda.az xəbər verir ki, final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma finlərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Finlandiyalıların heyətində 24-cü dəqiqədə Ville Pokka, 41-ci dəqiqədə Hannes Byörninen fərqlənib. Rusların yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.

Bununla da, Finlandiya millisi tarixində ilk dəfə olimpiya çempionu olub.

Ümumilikdə olimpiya “qızıl”ını indiyədək 9 ölkə qazanıb: Finlandiyadan əlavə, Kanada 9, SSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə qalibiyyət əldə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button