
Pekin-2022: Azərbaycan təmsilçisi 18-ci oldu
Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev 30 idmançı arasında 84,15 xalla 18-ci olub.
21 yaşlı idmançı 24-lüyə düşməyi bacardığı üçün fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin