Assosiasiya prezidenti üzr istədi – Meymuna bənzətdiyi futbolçudan

İspaniya İdman Agentlikləri Assosiasiyasının prezidenti Pedro Bravo meymuna bənzətdiyi “Real”ın hücumçusu Vinisius Juniordan üzr istəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bravo, “El Chiringuito” TV-də yayımlanan verilişdə peşman olduğunu dilə gətirib:

“İspaniyada “meymun olma” “lal oynama” deməkdir. Bu sizi incitdisə, üzr istəyirəm”.

Daha əvvəl Pedro Bravo “El Chiringuito” telekanalında Vinisiusu meymuna bənzədərək, təhqir etmişdi. O, braziliyalının vurduğu qolları qeyd etmə tərzini bəyənməyib. Bu hadisədən sonra Vinisiusa üçqat dünya çempionu Pele, braziliyalı hücumçu Neymar, digər məşhur oyunçular, məşqçilər dəstək veriblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button