
Pedrinin zədəsi gözləniləndən daha ciddidir
“Barselona”nın yarımmüdafiəçisi Pedri qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək.
22 yaşlı futbolçu “Real”a məğlub olduqları qarşılaşmadan sonra zədələnib. Əvvəlcə zədənin yüngül olduğu və ispaniyalı futbolçunun tezliklə meydana qayıdacağı düşünülürdü.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, problem gözləniləndən daha ciddi çıxıb.
Kataloniya təmsilçisi Pedrinin 6 dekabrda “Betis”lə keçiriləcək oyunda meydana dönəcəyinə ümid edir. Noyabrın 9-da isə “Barselona” səfərdə “Selta” ilə qarşılaşacaq.
“Barselona” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan beş xal geridədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



