Pedrinin kolleksiyasındakı ən qiymətli forma

“Barselona”nın yarımmüdafiəçisi Pedri kolleksiyasındakı ən qiymətli forma haqda danışıb.

Komanda.az “Barca One”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, bunun “Real”ın oyunçusu Luka Modriçin forması olduğunu deyib:

“Bu, Modriçin formasıdır. O, “qızıl top”u qazanıb, bu, hər kəsin öz karyerasında əldə edə bilməyəcəyi bir şeydir”.

Pedri “Barsa” akademiyasının yetirməsidir. 22 yaşlı yarımmüdafiəçi 2019-cu ilin sentyabrından əsas komandada çıxış edir. Tərəflər arasındakı müqavilə 2030-cu ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button