Pedrinin Haland arzusu

“Barselona”nın yarımmüdafiəçisi Pedri eyni komandada oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun seçimi İngiltərə Premyer Liqasının ilk 3 turunda 7 qol vuraraq yeni rekorda imza atan “Mançester Siti”nin hücumçusu Erlinq Haland olub:

“Bir komandada oynamaq istədiyim futbolçu? Erlinq Haland”.

Haland İngiltərə çempionatının son iki mövsümünün bombardiri olub. Norveçli forvard 2022-ci ildə Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button