“Yamal topu alanda bilirik ki, birinci rəqibi asanlıqla keçəcək”

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandanın 17 yaşlı vingeri Lamin Yamalın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Yamalın topu alanda birinci rəqibi asanlıqla keçəcəyini bildiklərini söyləyib:

“Yamal topu alanda bilirik ki, o, birinci rəqibi asanlıqla keçəcək, bundan sonra nəsə ola bilər. Bu, Lionel Messi komandada olarkən keçirdiyimiz hisslərə bənzəyir”.

Yamal bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 13 qol vurub və 19 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, onun dəyəri 180 milyon avrodur. Yalnız Erlinq Haland və Vinisius Junior ondan yüksək qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button