Pedri üçün mövsüm başa çatdı
“Barselona”nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalının bu mövsüm meydanda görünməsi ehtimalı azdır.
Pedriyə ağır zədə diaqnozu qoyulub. Yarımmüdafiəçi İspaniya çempionatının 27-ci turunun “Atletik”lə oyununda (0:0) zədələnib. “Barsa”nın baş məşqçisi Xavi futbolçunun zədəsini ciddi adlandırıb.
Pedri bu mövsüm “Barselona”nın heyətində 24 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin