Pedri sıx təqvimin öhdəsindən gəlməyin sirrini tapıb

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri həddən artıq sıx oyun cədvəli ilə bağlı sualı cavablandırıb.

Bir çox oyunçu təqvimin çox sıx olduğundan şikayətlənir.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi həddindən artıq iş yükünün öhdəsindən gəlməyin yolunu tapdığını etiraf edib:

“Çoxlu matç? Bəli, doğrudur. Bədəninizin daha tez toparlanmasına kömək edəni tapmaq vacibdir və mən onu tapa bildim”.

İspaniya millisi bu gün UEFA Millətlər Liqasında İsveçrə yığmasını qəbul edəcək. Oyun saat 23:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button