“Narahat olmağa ehtiyac yoxdur” – Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Real Sosyedad”la oyunda (0:1) məğlubiyyətdən sonra azarkeşləri sakitliyə çağırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər şeyin qaydasında olduğunu bildirib:

“Biz işləməyə davam etməliyik. Bütün mənzərəyə baxsaq, hər şey qaydasındadır, çempionata hələ də liderlik edirik. Bu stadionda oynamaq həmişə çətindir. “Real Sosyedad” çox yaxşı idi. Bugünkü uğursuzluq təcrid olunmuş bir hadisədir. Növbəti matça kimi bərpa edə biləcəyik. Narahat olmağa ehtiyac yoxdur”.

“Barselona” bu oyuna qədər ard-arda yeddi qələbə qazanmışdı. Hans-Diter Flikin komandası “Real Sosyedad”la matçdan fərqli olaraq, keçirdiyi son görüşlərdə ən azı üç qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button