Pedri: “Mən bu məsələdə sakitəm”
“Barselona”nın yarımmüdafiəçisi Pedri klubla yeni müqavilə ilə bağlı danışıqlarda işlərin necə getdiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pedri bu məsələdə hər şeyin qaydasında olduğunu bildirib:
“Müqaviləmin yenilənməsi? Mən bu məsələdə sakitəm, hər şey qaydasındadır”.
“Barselona” ispaniyalı futbolçu ilə yeni, uzunmüddətli müqavilə bağlamaq niyyətində olduğunu dəfələrlə bəyan edib.
21 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarında başa çatır.
Pedri 2019-cu ildən “Barselona”ya məxsusdur. O, bu mövsüm Hans-Diter Flikin komandasında 17 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin