Pedri: “Karyeramın ən yaxşı formasındayam”

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandanın oyun tərzi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasının ən yaxşı formasında olduğunu bildirib:

“Düzünü desəm, əvvəllər futbol oynamaqdan bu qədər həzz almamışdım. Karyeramın ən yaxşı formasındayam”.

22 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun komandası 29 turdan sonra 66 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Hans-Diter Flikin yetirmələri martın 5-də La Liqanın 30-cu turu çərçivəsində doğma meydanda “Betis”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button