“Gündoğanı qarşılayacağımız üçün çox şad olacağıq” – Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri almaniyalı futbolçu İlkay Gündoğanın Kataloniya klubuna keçidinə münasibət bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, Gündoğanı qarşılayacaqları üçün çox şad olacaqlarını söyləyib:

“Dünya səviyyəli oyunçulara “Barselona”da həmişə yer var. Hər şey rəsmi şəkildə təsdiqlənsə, İlkay Gündoğanı qarşılayacağımız üçün çox şad olacağıq”.

Almaniya millisinin üzvü ilə İngiltərənin “Arsenal” və Səudiyyə Ərəbistanının bir sıra klubları da maraqlanırdı.

Gündoğan 2022/23 mövsümündə “Mançester Siti”nin heyətində 51 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Yayılan xəbərlərə görə, Gündoğan “Barsa” ilə 2 illik müqaviləyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button