
Paytaxt klubunda yeni müqavilə
İtaliyanın “Roma” klubu gənc hücumçusu Feliks Afena-Qyan ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik yeni sözləşmə imzalayıblar.
Feliks Afena-Qyan “Roma”ya 2021-ci ilin əvvəlində cəlb olunub. O, ötən ildən Joze Mourinyonun istəyi ilə əsas komandaya cəlb olunub. Gənc forvard bu komandada 22 oyuna çıxıb, 2 qol vurub.
Feliks Qana millisində də 6 oyunda 1 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin