Paytaxt klubunda yeni müqavilə
İtaliyanın “Latsio” klubu hücumçusu Felipe Kaysedo ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı futbolçu müddəti 2022-ci ilin iyun ayında başa çatacaq yeni müqaviləyə imza atıb.
Kaysedo 2017-ci ildən “Latsio”da forma geyinir. Ekvador yığmasının üzvü karyerası ərzində “Bazel”, “Mançester Siti”, “Sportinq”, “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl-Cəzirə” və “Espanyol” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin